Qarabağda erməni təxribatı: Ermənilər bu təlimatı Moskvadan alıblar – AÇIQLAMA

  • 15:36 - 23 Noyabr

Erməni separatçılarını Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər, onlar isə təlimatı Moskvadan alıblar. 

Bunu Avropa.info-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu təxribatın məqsədi odur ki, bölgədə Rusiya hərbi missiyasının vaxtı daha da uzadılsın. 

"Kremlin məntiqinə görə, əgər Qarabağda tərəflər müharibədən sonra da bir-birlərinə atəş açırlarsa, deməli “Rusiyanın azərbaycanlılarla ermənilər arasında hakim rolunda çıxış etməsinə hələ uzun müddət ehtiyac var”. Bizim Kremlin “məntiqinə” qarşı arqumentimiz bu olmalıdır: “Sizin “hakimliyiniz” Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına maneədir. 3 ildən sonra bölgəni tərk etməyə hazırlaşın. Ancaq buna qədər erməni separatçılarının tərksilah edilməsi Azərbaycanın haqqıdır”", - deyə o bildirib.


Oxunma sayı: 1233

Oxşar yazılar