Ordumuz Qaragölü də işğaldan azad edib - VİDEO

  • 21:39 - 23 Noyabr

İctimai Televiziya (İTV) Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qaragöl gölü yaxınlığında çəkiliş aparıb, gölün ilk görüntülərini paylaşıb.

Avropa.info axar.az-a istinadla xəbər verir ki, "İTV Xəbər Yekun" verilişinin hazırladığı reportajda Laçın rayonunda yerləşən gölün buz bağladığı görünür.

Bu reportajla bir müddət əvvəl yaranmış Qaragöl mübahisəsinə son qoyulub, Ordumuzun tarixi Azərbaycan ərazilərində yerləşmiş Qaragölü də azadlığa qovuşdurduğu məlum olub.

Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan və Ermənistan arasında Qaragöl ətrafında mübahisə yaranmışdı. Rəsmi Bakı bəyan etmişdi ki, torpaqlarımız işğaldan azad olunandan sonra beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz də bərpa edilib.


Oxunma sayı: 1365

Oxşar yazılar