DÇ-2022: Bu gün daha 2 qrupda mübarizəyə start veriləcək

  • 10:32 - 22 Noyabr

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə start veriləcək.

Avropa.info xəbər verir ki, günün ilk matçı C qrupunda baş tutacaq. Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Bu qrupun digər matçında Meksika yığması Polşanı sınağa çəkəcək.

D qrupunda Danimarka seçməsi Tunislə, Fransa isə Avstraliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dünya çempionatı

22 noyabr

C qrupu

14:00. Argentina - Səudiyyə Ərəbistanı

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

"Lusail" stadionu

20:00. Meksika - Polşa

Baş hakim: Kris Bit (Avstraliya)

"Stadion 974"

D qrupu

17:00. Danimarka - Tunis

Baş hakim: Sesar Arturo Ramos

"Edyukeyşn Siti" stadionu

23:00. Fransa - Avstraliya

Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)

"Əl-Canub" stadionu


Oxunma sayı: 9241

Oxşar yazılar