DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələndi

  • 21:33 - 21 Noyabr

İspaniya millisi Qətərdə keçirilən dünya çempionatındakı ilk oyununa itkilərlə çıxa bilər.

Avropa.info apasport.az-a istinadən bildirir ki, buna səbəb futbolçuların səhhətində problem yaranmasıdır.

"Buğalar"ın 7 oyunçusu kondisionerdən istifadəyə görə soyuqlayıb. Xəstələnənlər arasında komandanın son məşqini başa vura bilməyən hücumçu Alvaro Morata da var.

Qeyd edək ki, İspaniya millisi ilk matçını noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcək.


Oxunma sayı: 8218

Oxşar yazılar