“Sədərək”də sahibkarı döyüb 30 min aparan şəxs tutuldu - FOTO

  • 23:15 - 18 Noyabr

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl "Sədərək" ticarət mərkəzinə gələn naməlum şəxs orada sahibkar Şakir Ağayevi döyərək onun 30 min manat pulunu oğurlamışdı.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avropa.info-ya bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, noyabrın 11-də naməlum şəxslər ticarət mərkəzində mağaza işlədən sahibkar Ağayev Şakir Fərhad oğlunu izləyiblər. Onlar iş gününün sonunda ətrafda kimsənin olmadığı vaxt mağazaya basqın ediblər. Biznesmenin baş nahiyəsinə təsərrüfat qayçısı ilə zərbələr endirən şəxslər mağazadakı 30 min manat pulu götürərək uzaqlaşıblar.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. 

 


Oxunma sayı: 3488

Oxşar yazılar