Gələn ildən kartla ödənişlərdə ƏDV artırılacaq

  • 12:31 - 18 Noyabr

Gələn ildən kartla ödənişlərdə ƏDV-nin məbləği artırıla bilər. 

Avropa.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə yer alıb. 

Qanun layihəsinə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.

Layihə Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Oxunma sayı: 4885

Oxşar yazılar