Dünya çempionatı ilə bağlı SKANDAL İDDİA: Bu futbolçulara 7,4 milyon dollar rüşvət təklif edilib – FOTO

  • 11:08 - 18 Noyabr

Qətərdə keçiriləcək dünya çempionatına sayılı günlər qalır. Ev sahibi Qətərlə Ekvador arasında keçiriləcək oyunla bağlı çox danışılacaq iddia ortaya atılıb. 

Avropa.info xəbər verir ki, yazar və araşdırmaçı Amjad Taha sosial şəbəkədə paylaşdığı məqalədə çempionatın açılış matçında Ekvadorla qarşılaşacaq Qətərin rüşvət təklif etdiyini yazıb.

O, Qətərin Ekvadordan olan 8 futbolçuya 7,4 milyon dollar rüşvət təklif etdiyini və bu məlumatın hər iki tərəf tərəfindən təsdiqləndiyini yazıb. 

Qeyd edək ki, Qətər və Ekvador komandaları 20 noyabr bazar günü saat 19:00-da üz-üzə gələcək.


Oxunma sayı: 6007

Oxşar yazılar