Azərbaycan hansı ölkələrə neft satır?

  • 20:29 - 17 Noyabr

Azərbaycan 2022-ci ilin yanvar-oktyabr aylarında 17,1 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac edib. Avropa.info novator.az-a istinadən bildirir ki, hesabatı yayan Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyər baxımından belə sıralayıb: İtaliya, Hindistan, İsrail, Xorvatiya, İspaniya, Böyük Britaniya, Çexiya, Portuqaliya, Tunis, İndoneziya, Almaniya, Vyetnam, İrlandiya, Türkiyə, Rumıniya, Ukrayna, Tailand, İsveçrə, Yunanıstan, Avstraliya, Tayvan, Avstriya, Niderland, Belarus, Fransa, Rusiya, Bolqarıstan, Gürcüstan.

Yanvar-oktyabr aylarında ölkədə 27,2 milyon ton neft çıxarılıb. Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel, avqustda 554 min barrel, sentyabrda 543 min barrel, oktyabrda 547,2 min barrel göstərilib.

Beynəlxalq razılaşma noyabr və dekabr ayları üçün hasilat normasını 684 min barrel müəyyən edib.

Energetika Nazirliyinin 17 noyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 94,47 dollara satılır.

Azərbaycanın 2022-ci il büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dollara qaldırılıb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67, oktyabra 91,68, noyabra 95,50 dollarla başlayıb.


Oxunma sayı: 8636

Oxşar yazılar