Sevinc Bədəlovaya hökm oxundu - Gözəllik salonunda başlayan "eşq" həbsxanada bitdi

  • 23:18 - 16 Noyabr

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sevinc Bədəlovaya hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa.info report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Sevinc Bədəlova məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, iş üzrə zərəçəkmiş qismində dövlət qurumlarının birində çalışan Adəm Mirzəyev tanınır.

S.Bədəlova A.Mirzəyevin yaşadığı binanın yaxınlığındakı gözəllik salonunda çalışıb və daha sonra onlar yaxından tanış olublar.

İttihama əsasən, S.Bədəlova sevgilisi A.Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. Qadın bildirib ki, həmin əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A.Mirzəyevdən 434 min manat pul alıb.

Aldadıldığını görən A.Mirzəyev qadınla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə S.Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.


Oxunma sayı: 5765

Oxşar yazılar