MİT-dən XÜSUSİ ƏMƏLİYYAT: Azərbaycanda gizlənən FETÖ terror təşkilatının üzvü HƏBS EDİLDİ – VİDEO

  • 10:02 - 16 Noyabr

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Azərbaycanda uzun müddətdir gizlənən və bizneslə məşğul olan FETÖ terror təşkilatının üzvü Uğur Dəmiroku həbs edib.

Avropa.info xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Türkiyəyə ekstradisiya edilən FETÖ terror təşkilatının üzvü Uğur Dəmirok barəsində həbs-qətimkan tədbiri seçilib. O, “silahlı terror təşkilatının üzvü olmaq” maddəsi ilə ittiham olunub. 

Dəmirok Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Türkiyəyə aparılıb. 

İstanbul Polis İdarəsi tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra terrorçu ədliyyə orqanlarının nümayəndələrinə təhvil verilib. 

Dəmirok Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdinin uğursuzluğundan az sonra xaricə qaçıb. 

Türkiyə təhlükəsizlik orqanlarının məlumatına görə, Dəmirok Türkiyə Silahlı Qüvvələrinin sıralarında qeyri-qanuni fəaliyyətlə məşğul olub, həmçinin Gülən tərəfdarlarının gizli yazışmalar apardığı ByLock proqramının istifadəçisi olub.


Oxunma sayı: 5193

Oxşar yazılar