İranda Cümə məscidini yandırmaq istəyən 5 nəfər həbs edildi

  • 11:35 - 11 Noyabr

İranın Əlborz əyalətinin Fərdis şəhərində Cümə məscidinə hücum edən 5 nəfər həbs edilib.

Avropa.info-nun APA-ya istinadən məlumatına görə, ötən gün yerli vaxtla saat 23:30 radələrində Cümə məscidini yandırmağa cəhd edən 5 nəfər həbs edilib. Həmin şəxslərdən 2-si qız, 3-ü oğlandır.

Faktla bağlı cinayət işi açılıb.


Oxunma sayı: 8900

Oxşar yazılar