"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

  • 23:40 - 03 Noyabr

Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.

Avropa.info-nun məlumatına görə, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsində son matçına çıxıb.

G qrupunda yer alan Ağdam təmsilçisi Almaniya təmsilçisi “Frayburq”u qonaq edib. Qrupda 1-ci yerin təmin edən Almaniya təmsilçisi özü üçün formal xarakterli görüşə eksperimental heyətlə çıxıb.

İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Qarabağ” üstünlüyü ələ alıb. Ardıcıl hücumlar quran çempionumuz rəqib qapısına yol tapmaqda çətinliklə üzləşib.

Bundesliqa klubu isə azsaylı hücumların birində qazandığı penalti zərbəsi ilə hesabı açıb. Bu qol matçın taleyini həll edib.

Həm ilk yarıda, həm fasilədən sonra üstün oyun nümayiş etdirən Qurban Qurbanovun yetirmələri məğlubiyyətdən qaça bilməyib. Düzdür, təmsilçimiz penalti və qola sevinib. Amma hər iki halda VAR-ın müdaxiləsi ilə qərar ləğv edilib. Kevin Medinanın qırmızı almasından sonra azlıqda qalan “Qarabağ” hücumlarına ara verməyərək məğlubiyyətdən qaçıb. Ovusu Kvabena bərabərlik qoluna imza atıb – 1:1.

Qrupun digər oyunu Yunanıstanda baş tutub. Avrokuboklarla vidalaşdığı dəqiqləşən “Olimpiakos” evdə “Nant”la görüşüb. 2:0 hesabı ilə qalib gələn Fransa təmsilçisi qrup ikincisi kimi Avropa Liqasının pley-offuna yüksəlib. Bu nəticə “Qarabağ”ı Konfrans Liqasına göndərib.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq, qarşılaşmalar 2023-cü ildə keçiriləcək.

Avropa Liqası, qrup mərhələsi
VI tur, G qrupu
3 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) - 1:1
Qollar: Ovusu Kvabena, 90+2 - Nils Petersen, 24 (pen.)
Qırmızı vərəqə: Kevin Medina, 60
Baş hakim: Aleksey Kulbakov (Belarus)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 7. Riçard Almeyda (k)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov
Baş məşqçi: Qurban Qurbanov

“Frayburq”: 21. Noa Atubolu, 31. Keven Şlotterbek, 30. Kristian Günter (k), 25. Kilian Sildilya, 2. Uqo Sike, 14. Yannik Kaytel, 20. Kevin Skade, 23. Robert Vaqner, 18. Nils Petersen, 33. Noa Veyshaupt, 9. Lukas Holer
Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 17. Lukas Kübler, 27. Nikolas Höfler, 29. Çon U Yon, 22. Roland Sallai, 28. Matias Ginter, 38. Mixael Qreqoriç, 42. Ritsu Doan, 32. Vinçenso Qrifo
Baş məşqçi: Kristian Ştrayx
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1Frayburq642013-314
2Nant63036-119
3Qarabağ62229-58
4Olimpiakos6024  

 


Oxunma sayı: 11760

Oxşar yazılar