UEFA-dan skandal QƏRAR: "Fənərbaxça" - “Dinamo Kiyev” oyununa görün kimi hakim təyin etdi...

  • 14:48 - 01 Noyabr

UEFA "Fənərbağça"nın Kiyev "Dinamo"su ilə səfər matçına qalmaqallı hakim təyin edib. 

Avropa.info xəbər verir ki, 2016-cı ildə "Fənərbaxça"nın meydanda 8 futbolçusu ilə qaldığı səfər oyunuda Portuqaliyanın "Braqa" komandasına 4-1 uduzaraq, mübarizədən kənarlaşdırıldığı matçın 4-cü hakimi İvan Bebek təyin olunub. 

Qrupda 11 xal və orta hesabla zirvədə olan "Fənərbaxça" Polşada keçiriləcək matçdan sonra qrupu zirvədə tamamlamaq şansı qazanıb. 

"Fənərbağça"nın Kiyev "Dinamo"su ilə səfər oyunu noyabrın 3-ü cümə axşamı keçiriləcək. 

“Fənərbağça”nın Ukraynanın “Dinamo Kiyev” komandası ilə səfər oyununun da hakimləri açıqlanıb. Buna uyğun olaraq matçı Xorvatiya Futbol Federasiyasından Duje Strukan idarə edəcək. Strukanın köməkçiləri Bojan Zobenica və Alen Jaksiç olacaq. 

Matçın VAR hakimi İtaliya Futbol Federasiyasından Luka Pairetto olacaq. UEFA maraqlı qərar verərək, xorvatiyalı hakim İvan Bebeki matçın dördüncü hakimi təyin edib. 

Xatırladaq ki, İvan Bebek 2016-cı il martın 18-də “Fənərbağça”nın Portuqaliyanın “Braqa” komandası ilə səfər matçını idarə edib. Matçın əvvəlindən sonuna kimi Portuqaliya təmsilçisinin lehinə qərəzli idarəçilik nümayiş etdirən Bebek çıxardığı kartlarla qalmaqallı qərarlar verib. 

Mübarizə 1-1 davam edərkən 66-cı dəqiqədə Mehmet Topala, 87-ci dəqiqədə Alper Potuka və 90-cı dəqiqədə Volkan Şenə qırmızı kart göstərərək təmsilçimizin meydandan 4-1 məğlub ayrılmasında böyük "rol" oynayıb.


Oxunma sayı: 11122

Oxşar yazılar