Manatla bağlı VACİB AÇIQLAMA - VİDEO

  • 22:35 - 28 Oktyabr

İdxalda olan qiymət artımı inflyasiyaya təsir edir. Yəni artırır. Qlobal iqtisadiyyatda bu il və gələn ilin sonuna yüksək inflyasiyanın olması gözləniləndir. Baş bankir Taleh Kazımov bu gün belə bir açıqlama verib.

Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları keçib.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov videoformatda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir.

Taleh Kazımov hazırda valyuta bazarında manata tələbatın yüksək olduğunu deyib. Çox güman ki, bu ilin sonuna qədər bizim valyuta bazarına müdaxiləmiz alışyönlü olmaqla qalacaq. Amma biz monetar siyasətimizi yüksək iqtisadi aktivliyə təsir etmədən həyata keçirəcəyik deyə o qeyd edib. Sədr hazırda Mərkəzi Bankın məqsədinin inflyasiyanı azaltmaq olduğunu vurğulayıb, inflyasiyanın artımının səbəblərinə toxunub.

Bildirib ki, bu ilin əvvəlindən valyuta bazarından 967 milyon ABŞ dolları alınıb. Bu rəqəmin ilin sonuna qədər nə qədər olacağını proqnozlaşdırmaq çətindir, amma hələ ki, bazarda vəziyyət sabitdir deyə o bildirib. Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8 faizə çatdırılıb. Faiz dəhlizinin aşağı həddi 1 faiz artırılaraq 5 faizə qaldırılıb, yuxarı həddi isə 9.25 faiz səviyyəsində dəyişməz saxlanılıb.


Oxunma sayı: 9912

Oxşar yazılar