Azərbaycanlı gimnastımız beynəlxalq yarışda uğur qazandı – FOTO

  • 17:51 - 25 Oktyabr

22-23 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində bədii gimnastika üzrə 5-ci beynəlxalq yarış keçirilib.

Avropa.info xəbər verir ki, Almaniya, Rusiya, Qazaxstan, Hindistan, Litva, BƏƏ, Sinqapurla yanaşı Azərbaycanı da bu yarışda 35-ə yaxın gimnastımız təmsil edib. Onlardan 21 gimnast “Sports box” idman klubunun yetirmələri olub. 2010-2016- cl il təvəllüdlü gimnastlardan ibarət  komandamız yarışda dəfələrlə üçrəngli bayrağımızı zirvələrə qaldırıb. 

Beynəlxalq dərəcəli məşqçilər Sevil Fərəcova, Kamilla Kazimova və məşqçilər Sona Rəhmanova, İlahə Məmmədovanın müşayiəti ilə 21 gimnastla təmsil olunan “Sports Box” klubu vətənə 11 qızıl, 8 gümüş, 7 bürünc medalla qayıdıb. 

Gimnastlar arasında çox kiçik yaşlarından vətənimizi çoxsaylı beynəlxalq yarışlarda təmsil edən Mina Abbasova da olub. Gimnastımız 3 dəfə fəxri kürsüdə yer alıb. Topla hərəkətlərdə gümüş, gürzlə hərəkətlərdə bürünc medal qazanaraq çoxnövçülükdə 2010- cu il təvəllüdlü gimnastlar arasında bürünc medala sahib olub. 

Balaca gimnastlarımıza və onların məşqçilərinə gələcək yarışlarda uğurlar arzu edirik. Əminik ki, bundan sonra da bu istedadlı balalar daha böyük arenalarda çıxış edərək sevimli vətənin bayrağını daim göylərdə dalğalandıracaq.

 

 

 

 


Oxunma sayı: 12992

Oxşar yazılar