Gələn il müdafiə xərclərinə 5 milyarddan çox pul ayrılacaq

  • 10:43 - 25 Oktyabr

2023-cü ilin dövlət büdcəsindən Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə 5,3 milyard manat ayrılacaq.

Avropa.info-nun məlumatına görə, bu  barədə məlumat Milli Məclisdə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.

Qeyd edilib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır: “2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur”.


Oxunma sayı: 10055

Oxşar yazılar