Azərbaycanın builki icmal büdcəsində 7 milyard manatdan çox qalıq yaranıb

  • 11:35 - 21 Oktyabr

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 29 719,8 milyon manat, xərcləri isə 22 569,6 milyon manat təşkil edib.

Avropa.info report-a istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,1% və 16% çoxdur.

Son nəticədə icmal büdcədə 7 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.


Oxunma sayı: 9912

Oxşar yazılar