ABŞ və Rusiya bir-birilərini İTTİHAM EDİRDİ: Avropanın gözlədiyi xəbər gəldi

  • 20:31 - 02 Oktyabr

Danimarka Enerji Agentliyi Rusiyanın “Şimal axını 2” boru kəmərində qaz sızmasının dayandığını açıqlayıb.

Avropa.info xəbər verir ki, Danimarka Enerji Agentliyinin Tvitter hesabından yayılan açıqlamada, “Şimal axını 2” boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya qədər uzanan boru kəmərində təzyiqin balanslaşdırılmış olduğu bildirilib.

Bildirilib ki, bu, kəmərdə sızmanın dayandığını göstərir.

Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma olduğu bildirilib və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilib.

Hər iki ölkə sızmaların qəza deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib.

Aİ həmçinin bildirib ki, “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində qaz sızması təsadüfi deyil, düşünülmüş hərəkətin nəticəsidir. 

Avqustun 31-də “Şimal axını 1” boru kəməri ilə təbii qazın nəqli lazımi təmir işləri aparıla bilmədiyi üçün dayandırılıb.


Oxunma sayı: 4027

Oxşar yazılar