Müharibənin şiddətini artıracaq ADDIM atıldı - Bayden RAZILIQ VERDİ

  • 15:35 - 02 Oktyabr

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Putin dünən Ukraynanın şərqindəki Zaporojye, Donetsk, Luqansk və Xerson vilayətlərini ilhaq etdiyini açıqlayıb. Dünyanın bir çox ölkələrindən Rusiyaya reaksiyalar yağarkən, ABŞ Ukrayna ordusuna və hökumətinə böyük yardım etmək qərarına gəlib.

Avropa.info xəbər verir ki, ABŞ Konqresi Ukraynaya əlavə 12,3 milyard dollarlıq maliyyə yardımı təklifini təsdiqləyib.

Yardım paketində Ukrayna ordusuna silah, təchizat və maaş üçün 3 milyard dollar göndərilməsi qərara alınıb. Prezident Co Bayden isə Pentaqon tərəfindən 3,7 milyard dollarlıq silah və digər texnikanın Ukraynaya təhvil verilməsinə razılıq verib.

Eyni zamanda, Ukrayna hökumətini ayaqda saxlamaq üçün 4,5 milyard dollar yardımın ayrılması da yardım paketinə daxil olan qərarlar sırasındadır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Vaşinqtonun Kiyevə göndərdiyi yardımın ümumi məbləği bu müavinətlə birlikdə 65 milyard dollara yüksəlib.


Oxunma sayı: 4291

Oxşar yazılar