Paşinyana xaricdə nə dərmanı içiriblər?

  • 14:22 - 02 Oktyabr

Sabah Cenevrədə sülh müqaviləsi üzrə danışıqlar başlayır, amma optimizmə əsas yoxdur; 44 günlük müharibədə Putinin ayaqlarını yumağa belə hazır olan ermənilər indi...

Oktyabrın 2-də Cenevrədə sülh müqaviləsinin mətninin hazırlanması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Avqustun 31-də Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə bu danışıqların sentyabrda başlayacağı razılaşdırılmışdı. Amma Ermənistanın sərhəd təxribatı danışıqları mümkünsüz etdi.

1604120680_0001 (1).jpg (150 KB)

Nikol Paşinyan Ermənistanın ictimai telekanalına son müsahibəsində deyib ki, gərginliyə baxmayaraq, Azərbaycanla sülh müqaviləsi üzrə substantiv danışıqlara başlamaq lazımdır: “Biz əldə olunmuş razılaşmalardan imtina etmirik. Xarici işlər naziri Cenevrəyə gedəcək və Azərbaycanın xarici işlər naziri ilə görüşəcək, orada əvvəl dediyimiz kimi, sülh müqaviləsinin mətninin hazırlanması üzrə substantiv danışıqlara başlanmalıdır”.

tbilisi.jpg (60 KB)

Sülh müqaviləsi üzrə danışıqlar bir ay sonra olsa da, başlaması müsbət addım kimi qiymətləndirilə bilər. Amma şübhə yoxdur ki, bu, Ermənistanın beynəlxalq qınaqlardan yayınmaq üçün növbəti fəndidir, danışıqlar imitasiyasıdır. Bunu sərhəddən hələ də çəkilməyən barıt qoxusuna və davam edən “səssiz gərginliyə” rəğmən də demək olar. Elə erməni hakimiyyətinin açıqlamalarına diqqət edəndə də aydın olur ki, Ermənistan nəinki dayanıqlı sülhə hazır deyil, üstəlik, yeni təhlükəli oyunlara baş qoşub.

Ermənilər Bayden hökumətinin tutduğu güzgüdə özlərini yenə “div erməni dövləti” və dünya üçün “çox lazımlı millət” hesab etməyə başlayıblar. Revanş hissi gözlərini tutub, nifrət dolu beyinlərindəki qurdlar yenə üzə çıxıb. Paşinyana xaricdə nə dərmanı içiriblərsə, hətta Rusiyaya “kəllə atmağa” başlayıb.

putin_pashinyan_n.jpg (25 KB)

Əsrlər boyu Rusiyanın əlaltısı olan qondarma dövlət indi Moskvaya fındıq boyda əzələsini göstərməkdən belə çəkinmir. Nümayəndələr Palatasının spikeri Pelosinin İrəvana gəlişindən sonra ABŞ və Fransaya səfər edən Ermənistan rəsmilərinin açıqlamaları buna sübutdur.

Paşinyan son olaraq Rusiyanı KTMT-dən çıxmaqla hədələyib. 44 günlük müharibədə Putinin ayaqlarını yumağa belə hazır idilər ki, quyruqlarını xilas etsinlər. Rusiyanın indi dövlət gündəmi gərgindir, ölkə çoxsaylı problemlərlə əlləşir, amma erməni hakimiyyətinin nə hoqqalardan çıxdığını da diqqətlə izləyir. Ermənistan Rusiyaya indi elə Azərbaycan qədər nifrət edir. Bu nifrin hissi isə onları çaşdırır, sağlam düşünmək qabiliyyətlərini bloklayır. Kremldən bir dəfə üfürsələr, Ermənistandan əsər-əlamət qalmaz, nə orduları var, nə iqtisadiyyatları. Kardon-dövlətdir. Amma baxın, nə oyunlara baş qoşublar... Qərb Gürcüstana daha sərbəst girə bilmir, ümid qalır bu dılğırlara. Onlar isə elə zənn edirlər ki, Qərb istədikləri hər şeyi verəcək, bəlkə də Rusiya parçalansa, ermənilərə torpaq da vəd ediblər. Ermənistan indi regionun zəif, həm də zəlil bəndidir, onları ələ almaq, istənilən oyuna salmaq asandır. O səbəbdən, Cenevrədə sülh danışıqları optimizm vəd etmir... 

Bizim sülh müqaviləsinin imzalanması üçün tələsməkdə öz haqlı səbəblərimiz var. Bölgəyə təminatlı sabitlik lazımdır ki, bunun üçün Ermənistan həm sərhədlərin müəyyənləşməsini, həm də sülh müqaviləsinin imzalanmasını tezləşdirməlidir. Amma görünən mənzərə belədir ki, bu, tezliklə baş tutmayacaq. Ermənistan indi bölgədə qeyri-stabillik faktorudur və Qərbə gərginliyi daha da artırmaq üçün öz xidmətlərini təklif edir. Putin də son çıxışlarında Qərbin keçmiş SSRİ məkanında yeni gərginlik hazırladığı barədə xəbərdarlıq edib. Ermənistanda Rusiya kəşfiyyatı yaxşı işləyir və Putin havayı söz danışmaz.

Ermənistanın son davranışları, təmaslardakı ritorikası İrəvanın Qərbin vədlərinə aldandığını və ya şirnikləndiyini göstərir. Cəhənnəmə, Rusiyaya lap müharibə elan etsinlər, qırsınlar bir-birlərini, öz işləridir. Amma bu gərginlik planlarında Azərbaycan da hədəfdir. Təkqütblü dünya düzəni yaratmaq iştahasında olan ABŞ Cənubi Qafqazda sözəbaxan rejimlər arzusundadır, bu sırada müstəqil siyasət yürüdən Azərbaycan var.

blinken-mirzoyan-1651690152.jpg (457 KB)

Baydenin qocalıq səbəbindən ağıl dəngəsi oynayır, amma onun “Qarabağ xalqı” ifadəsi ciddiyə alınmalıdır. Amerika Ukrayna müharibəsində arzusuna çata bilsə, Ermənistanı bu bölgədə öz “kovboy”u etmək istəyəcək. Sülh müqaviləsi imzalanarsa, aydındır ki, Ermənistan üzərindən Azərbaycana təzyiq rıçaqları əldən çıxacaq. O səbəbdən ABŞ-ın sülhə görə guya diplomatik səyləri səmimi deyil. Əksinə, danışıqların içərisinə soxulmağa cəhd edirlər ki, həm Ermənistana dəstək olsunlar, həm də lazımi anda bu təmasları qırsınlar, gərginlik yaratsınlar. Hətta Azərbaycanın cəlb edildiyi yeni müharibə də istisna deyil. Bölgə o qədər həssasdır ki, hər an gərginlik partlayış həddinə gələ bilər. İranın davranışlarına da diqqət etmək lazımdır, bu ölkə Ermənistandan heç də az oyunbaz deyil.

Musavat.com     


Oxunma sayı: 3334

Oxşar yazılar