Türkiyəli qadın hərbçinin ifa etdiyi mahnı gündəm oldu - VİDEO

  • 11:48 - 02 Oktyabr

Türkiyəli qadın hərbçinin  ifa etdiyi “Kərkük zindanı” mahnsı qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Avropa.info xəbər verir ki, sözügedən video minlərlə izləyici tərəfindən paylaşılıb.

Sözügedən qadını digər hərbçi yoldaşları musiqi alətləri ilə müşayiət ediblər. Jandarma və Sahil Mühafizə Akademiyası Zabiti olan qadın bu mahnını Məzuniyyət Mərasimində ifa edib. Qadın zabitin səsi və orkestrdəki digər hərbçilər yüksək qiymətləndirilib.

Qeyd edək ki, hərbçi qadının ifa etdiyi “Kərkük zindanı” mahnsı 1959-cu il iyulun 14-dəki türkmən qırğınlarından bəhs edir. 


Oxunma sayı: 4390

Oxşar yazılar