İranda ETİRAZLAR: Polis məntəqəsi yaxınlığında atışmada 20 nəfər ölüb

  • 20:12 - 01 Oktyabr

Cümə günü İranın cənub-şərqindəki Zahedan şəhərində polis məntəqəsi qarşısında baş verən toqquşmalar və atışma nəticəsində iki İran rejimi zabiti də daxil olmaqla, azı 20 nəfər həlak olub. 

Avropa.info xəbər verir ki, bu barədə “Middle East Eye” informasiya portalı məlumat yayıb. 

Sistan və Bəlucistanın mərkəzi Zahedan şəhərində Məhsa Əmininin ölümü ilə bağlı ölkədə etirazların davam etdiyi bir vaxtda baş verən atışmada azı 20 nəfər ölüb. 

Hadisə dindarların cümə namazından sonra küçələrə çıxaraq hökumət əleyhinə nümayişlərə qoşulmasından sonra baş verib. 

İranın rəsmi mediası və müxalifət nümayəndələri zorakılığın necə baş verməsi ilə bağlı müxtəlif versiyalar irəli sürüblər. "Amerikanın Səsi" Dubayda yaşayan iranlı dissidentə istinadən yazıb ki, polis polis idarəsi qarşısında toplaşan nümayişçilərə atəş açıb və ora daş atmağa başlayıb. İranın dövlət xəbər agentliyi İRNA isə zorakılığın “hərbi qüvvələrə qarşı terror hücumundan” sonra baş verdiyini bildirib. 

İranın rəsmi mənbələri atışma zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki yüksək rütbəli kəşfiyyatçısının öldürüldüyünü bildirir. Ən azı 20 nəfər yaralanıb. 

Şənbə günü İranın yarı rəsmi xəbər agentliyi "Tasnim" bildirib ki, silahlı üsyançı qrup Ceyş əl-Ədl (Ədalət Ordusu) Zahedanda polis məntəqəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

"Anadolu" xəbər agentliyinin verdiyi məlumata görə, atışma xəbərindən sonra qəzəbli nümayişçilər ictimai obyektləri, bankları və polis maşınlarını yandırıblar. 

Bildirilib ki, İranda 22 yaşlı Məhsa Əmininin İranın əxlaq polisi adlanan polisinin əli ilə öldürülməsi ilə bağlı ümummilli nümayişlər keçirilir. 

Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, etirazlar sentyabrın ortalarında başlayandan bəri ən azı 52 nəfər ölüb, yüzlərlə insan yaralanıb.


Oxunma sayı: 3246

Oxşar yazılar