Abşerin Gənclər şəhərciyində AKSİYA: Sakinlər yolun süni şəkildə uzadılmasına etiraz edir – FOTO

  • 15:43 - 01 Oktyabr

Bu gün Abşeron Gənclər şəhərciyinin sakinləri Bakı-Sumqayıt yolunun VAZ-ın dairəsi deyilən ərazidə yolun uzadılmasına etiraz olaraq aksiya keçiriblər.

Avropa.info xəbər verir ki, sakinlər Bakıya gedərkən daha çox yol qət olduqlarını bildiriblər.

Sakinlər qeyd ediblər ki, Bakı-Sumqayıt yolunda geri dönərkən bundan əvvəl VAZ-ın dairəsi deyilən ərazidən geri dönüb, şəhərə gedirdilər. Bir müddət əvvəl həmin ərazidən geri dönmək üçün yol təxminən 7 km məsafəyə qədər uzadılıb. Bunun üçün avtomobillər və marşrut avtobuslar az qala Saray qəsəbəsinə qədər gedib, oradan geri dönürlər. Onlar bildiriblər ki, bu layihə yolda sıxlığı aradan qaldırmır, əskinə yolu bir qədər də uzadır. Elə buna görə Abşeron Gənclər şəhərciyinin sakinləri və Bakı Mühəndislik Universitetinin tələbələri əlavə problem yaşamalı olurlar. 

Yolun bu qədər uzadılması ilə marşrut avtobuslar arasında interval artıb. Buna görə günün istənilən vaxtında avtobuslar sərnişin sıxlığı ilə hərəkət edirlər. Sakinlər qeyd ediblər ki, çox vaxt avtobuslardakı sıxlıqdan ictimai nəqliyyata minə bilmir, işə gecikməli olurlar.

Aksiya insidentsiz başa çatıb.

 

 


Oxunma sayı: 4654

Oxşar yazılar