Putin çıxış edərkən Kadırov ağladı – FOTO

  • 11:11 - 01 Oktyabr

Rusiya prezidenti Vladimir Putin qondarma "referendum"dan sonra Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin ilhaq edildiyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, 4 regionun Rusiya ərazisinə birləşdirilməsi ilə imzalar atılıb, müqavilələr bütün dünyaya elan olunub. 

Putin Moskvada mətbuat konfransında çıxış edərkən diqqət çəkən məqam kameralara əks olunub. 

Putin çıxış edərkən Çeçenistan lideri Ramazan Kadırov göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Şeyx Şamillə başlayan Çeçenistan 2 əsrdən artıq fasilələrlə rus işğalına qarşı mübarizə aparıb. Ötən əsrin 90-cı illərində Rusiyaya qarşı müstəqillik uğrunda mübarizə yenidən başlayıb. Cahar Dudayev, Aslan Masxadov və Şamil Basayevin rəhbərliyi ilə çeçenlər Rusiyaya müqavimət göstərib, lakin sonradan bu liderlər öldürülüb və müqavimət qırılıb. 

Atası kimi rusiyapərəst olan Ramzan Kadırovu Putin Çeçenistana rəhbər təyin edib.


Oxunma sayı: 2707

Oxşar yazılar