Rusiyanın qərarını rədd edirik – Türkiyədən Rusiyaya sərt ETİRAZ

  • 14:31 - 01 Oktyabr

Türkiyə Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək qərarını rədd edir. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Ukraynanın dörd regionunun Rusiya Federasiyasına “birləşdirilməsi” qərarı ilə bağlı bəyanatında deyilir. 

Nazirlik Türkiyənin 2014-cü ildə keçirilən qeyri-qanuni referendumla Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını xatırladıb və hər dəfə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb. 

"2014-cü ilin bu mövqeyinə uyğun olaraq, biz Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək qərarını rədd edirik", - XİN-in bəyanatında deyilir. 

Nazirliyin bəyanatında qeyd edilir ki, Ankara bu qərarı verə bilməz və bu, beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulmasıdır. 

Bəyanatda deyilir ki, Türkiyə getdikcə ciddiləşən müharibənin ədalətli və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. 

Qeyd edək ki, Krımın ardınca Rusiya Ukrayna torpaqlarının daha 15 faizini ilhaq edərək Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq edib. 

Rusiya prezidenti Vladimir Putin sentyabrın 30-da Kremldə keçirilən mərasimdə çıxış etdikdən sonra Ukraynanın Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərinin Rusiyaya “qoşulması” ilə bağlı sənədləri imzalayıb.


Oxunma sayı: 2520

Oxşar yazılar