Brüssel: Avropa İtifaqı heç vaxt Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımayacaq

  • 18:39 - 30 Sentyabr

Rusiyanın Ukraynanın şərq rayonlarını ilhaq etməsi qanunsuzdur. Avropa İttifaqı Moskvanın bu addımını heç vaxt tanımayacaq. 

Avropa.info xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinin Kremldə Ukraynanın dörd regionunun Rusiyaya “qoşulması” haqqında sazişlərin imzalanmasından dərhal sonra dərc olunmuş birgə bəyanatında deyilir. 

Aİ liderləri Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin qanunsuz olaraq Rusiyaya birləşdirilməsini kəskin şəkildə pisləyiblər. 

Birgə bəyanatda vurğulanır ki, Rusiya qlobal təhlükəsizliyi təhlükə altına alır, qaydalara əsaslanan beynəlxalq nizamı pozur, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa məhəl qoymur. 

“Biz heç vaxt Rusiyanın uydurduğu qanunsuz referendumları və onların Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün pozulmasına bəhanə kimi uydurulmuş nəticələrini tanımayacağıq. Krım, Xerson, Zaporojye, Donetsk və Luqansk Ukraynaya aiddir. Biz bütün ölkələri və beynəlxalq təşkilatları bu qeyri-qanuni ilhaqı etiraz etməyə çağırırıq”, - sənəddə deyilir. 

Rusiya prezidenti Vladimir Putin sentyabrın 30-da Kremldə keçirilən mərasimdə çıxış etdikdən sonra Ukraynanın Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərinin Rusiyaya “qoşulması” ilə bağlı sənədləri imzalayıb.


Oxunma sayı: 3389

Oxşar yazılar