Güney Azərbaycanda baş tutan etirazlarda üç azərbaycanlı həbs edildi

  • 13:49 - 30 Sentyabr

Güney Azərbaycanda genişmiqyaslı həbslərin davamı olaraq Əbhər şəhərində keçirilən etiraz aksiyaları zamanı üç azərbaycanlı həbs olunub.

Avropa.info xəbər verir ki,  bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi adlı etirazçılar sentyabrın 22-də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Etirazçılar Zəncan şəhər həbsxanasına aparılıblar.

Azərbaycanlı fəallara qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.


Oxunma sayı: 2465

Oxşar yazılar