Rusiya vətəndaşları Gürcüstan sərhədinə axın edir – Səfərbərlikdən QAÇIŞ (FOTO)

  • 23:50 - 30 Sentyabr

Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan etməsindən sonra Rusiya vətəndaşları Gürcüstan sərhədinə axın etməkdə davam edir. 

Rusiya-Gürcüstan sərhədində gecə-gündüz sıxlıq müşahidə olunur. 

Avropa.info xəbər verir ki, Vladiqafqaz şəhəri ilə Gürcüstanın sərhədində nəhəng avtomobil xətləri yaranıb. 

Sərhədin Gürcüstan tərəfindəki Kazbegi keçid məntəqəsində Rusiya vətəndaşları yemək, çay və kofe üçün növbəyə düzülür. 

Könüllülər tərəfindən humanitar yardım mərkəzi təşkil olunub. 

Rusiyadan Gürcüstana gələnlərin əksəriyyətinin avtomobillərində çoxlu sayda çamadan və məişət texnikası gəzdirməsi də diqqət çəkir. 

Ötən günlərlə müqayisədə son 24 saat ərzində Gürcüstana piyada daxil olanların sayı xeyli azalıb. 

Rusiya vətəndaşları sərhədi daha çox şəxsi avtomobil, mikroavtobus və avtobuslarla keçir. 

Qeyd olunur ki, piyada keçidləri təhlükəsizlik məqsədilə tətbiq edilib. 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 23-dən 27-dək 78 742 Rusiya vətəndaşı ölkəyə daxil olub.

 


Oxunma sayı: 4203

Oxşar yazılar