Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin kimliyi bilindi - VİDEO - YENİLƏNİB

  • 12:40 - 30 Sentyabr

Azərbaycan Bayrağına qarşı hörmətsizlik edən şəxsin kimliyi bilinib.

Avropa.info-nun məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən video görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***11:14

Azərbaycanda dövlət atributu olan bayrağa qarşı hörmətsizlik edilib.

Avropa.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, naməlum şəxs mağazaya daxil olaraq mübahisə edib və ardınca Azərbaycan bayrağını qopararaq masanın üzərinə atıb.

Görüntüləri olduğu kimi təqdim edirik:


Oxunma sayı: 3312

Oxşar yazılar