Putin Rusiyadakı səfərbərliklə bağlı səhvləri ETİRAF ETDİ

  • 20:37 - 30 Sentyabr

Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik prosesində səhvlərə yol verildiyini və onların düzəldilməli olduğunu bildirib. 

Avropa.info xəbər verir ki, Putin ölkədə elan edilən qismən səfərbərlik prosesi ilə bağlı Rusiya Təhlükəsizlik Şurası ilə məsləhətləşmə keçirib. 

Qismən səfərbərlik çərçivəsində yalnız hərbi təcrübəsi olanların xidmətə çağırılması lazım olduğunu bildirən Putin, “Hərbi xidmətə çağırılanlar qoşunlara göndərilməmişdən əvvəl əlavə hərbi təhsil almalıdırlar” deyib.  

Çox uşaqlı, xroniki xəstəlikləri olan və ya yaşlılarla bağlı vəziyyətlərin diqqətlə ələ alınması lazım olduğunu vurğulayan Putin, “Bir səhv olarsa, düzəldilməli və əsaslandırılmadan hərbi xidmətə çağırılanlar evlərinə göndərilməlidir", - deyə bildirib.

Həkimlərin adi əsgər kimi xidmət etməsinə reaksiya verən Putin deyib: 

"Elə hallar var ki, bəzi həkimlər və ya başqa peşələrdən olan mütəxəssislər həqiqətən ehtiyac duyulan ərazilərə deyil, motoatıcı kimi cəlb olunurlar. Niyə? Hərbi hissələrə öz imkanları ilə gələn və çoxlu sayda könüllülər də geri qaytarılır və təcrübələri olmadığı üçün üz döndərirlər".


Oxunma sayı: 4357

Oxşar yazılar