Biləcəri daş bazarında BƏDBƏXT HADİSƏ - ustanı elektrik cərəyanı vurub öldürüb

  • 10:49 - 30 Sentyabr

Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki “Biləcəri daş bazarı”nda çalışan 1984-cü il təvəllüdlü Xəqani Əzizovu elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə Avropa.info-ya Binəqədi Rayon Prokurluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 2069

Oxşar yazılar