Ərdoğanla Putin arasında danışıqların detalları AÇIQLANDI

  • 09:52 - 30 Sentyabr

Sentyabrın 29-da prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. 

Avropa.info bildirir ki, Türkiyə prezidentinin kommunikasiya idarəsindən verilən məlumata görə, söhbət zamanı liderlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı aktual məsələləri müzakirə ediblər. 

Ərdoğan görüşdə uzun müddətdir üzərində işlədikləri Rusiya-Ukrayna əsir mübadiləsinin uğurla başa çatmasından və BMT-nin dəstəyi ilə əldə edilən İstanbul razılaşmasının fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. 

Noyabrda başa çatan taxıl ixracı mexanizminin uzadılmasının ümumi maraqlara uyğun olduğunu xatırladan Ərdoğan, Rusiya gübrələri və taxıl məhsullarının fasiləsiz ixracı məsələsi üzərində işləri davam etdirdiklərini bildirib. 

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu bildirib. 

Ərdoğan xüsusilə Ukraynanın bəzi bölgələrinin Rusiyaya birləşdirilməsi məsələsində bu prosesi asanlaşdırmaq üçün Rusiyadan müsbət addımların gözlənildiyini vurğulayıb. 

Putini danışıqlara bir daha şans verməyə çağıran Ərdoğan Türkiyənin bu prosesdə yardımçı rol oynamağa hazır olduğunu bildirib.


Oxunma sayı: 4192

Oxşar yazılar