“Qarabağ” “Nant” oynunun biletləri satışa çıxarıldı

  • 11:27 - 30 Sentyabr

Fransanın “Nant” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandasına qarşı keçirəcəyi oyun üçün biletləri satışa çıxarıb.

Avropa.info xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Oyuna ən ucuz biletin qiyməti 36, ən bahalısının isə 75 avro təşkil edir.

Oktyabrın 27-də “Stad de la Bojuar” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıdakı oynanılan matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.


Oxunma sayı: 10022

Oxşar yazılar