Çavuşoğludan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA: Bütün gözlər Türkiyədədir

  • 18:10 - 29 Sentyabr

Ankara regional və qlobal böhranların Türkiyənin maraqlarına zərər vurmasına imkan verməyəcək. 

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dənizli vilayətində keçirdiyi mətbuat konfransında deyib. 

Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, bu gün hətta ən inkişaf etmiş ölkələr də problemlərin həllində Türkiyənin, şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın iştirakını və dəstəyini gözləyir. 

Onun sözlərinə görə, dünyada milyonlarla insan Türkiyənin dəstəyinə ümid edir: “Əgər əvvəllər Ankaraya ancaq ehtiyacı olan və məzlum ölkələr ümid edirdisə, bu gün ən inkişaf etmiş ölkələr belə Türkiyənin töhfəsindən danışır”. 

XİN rəhbəri diqqətə çatdırıb ki, bu gün dünyada aktiv silahlı münaqişələrin 60 faizə yaxını Türkiyənin yerləşdiyi regionda baş verir. 

Çavuşoğlu, "Birbaşa prezident Ərdoğanın töhfəsi sayəsində qlobal ərzaq böhranının aradan qaldırılmasına töhfə verən taxıl sazişi imzalandı" deyib. 

Nazir Türkiyənin Avropadakı enerji böhranının həllinə verdiyi töhfəni də xatırladıb. “Türkiyə enerji təchizatı probleminin həllində Şərqi Avropa ölkələrinə kömək edir. Biz Azərbaycan qazının Avropa bazarlarına çıxarılması ilə bağlı danışıqlarda da iştirak edirik. Bütün gözlər Türkiyədədir. Bizim üzərimizə böyük məsuliyyət düşür”, - deyə o bildirib.


Oxunma sayı: 3488

Oxşar yazılar