Musiqili Teatrda İLK DƏFƏ:

  • 17:14 - 29 Sentyabr

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Anamın kitabı” tamaşasının son məşqləri gedir. 

Avropa.info xəbər verir ki, yaxın günlərdə premyerası nəzərdə tutulan bu səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. 

Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər.  

İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma dilimizin – ana dilimizin təbliğatı istiqamətinə yönəlib.  

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur.

Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.   

Bu səhnə əsərində rol alan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyor heyətinə Hüseyn Əlili, Nicat Əli, Səmədzadə Xasiyev, Zaur Əliyev, Əli Kərimov, teatrın tərcüməçisi Şamxal Nəsibbəyli və balet artisti İranə Kərimova daxildir.  

Akademik Milli Dram Teatrının aktrisası Lalə Süleymanova, Gənc Tamaşaçılar Teatrının aktyoru Nurlan Süleymanlı, aktrisası Aygün Fətullayeva, Bakı Uşaq və Gənclər Teatrının aktrisası Türkan Şahmarlı və  “Əsa”  teatrının aktrisası Səmayə Qulamzadə də  tamaşada  iştirak edəcəklər.

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 2707

Oxşar yazılar