Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovla bağlı arayışa aydınlıq gətirib

  • 17:08 - 29 Sentyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovla bağlı sosial şəbəkələrdə yayılan arayışa aydınlıq gətirib.

Avropa.info-nun xəbərinə görə, agentliyin mətbuat katibi Murad Haşımov deyib ki, qeyd edilən sənəd “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon arayış formasıdır.

"Göründüyü kimi bu arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.

Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

Qanunvericilikdə bu güzəştlərdən şəhidin:

- həyat yoldaşı;

- valideynləri;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;

- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;

- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur.

Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir. Bu mövzunu konteksdən çıxaran, səhv mövqedən tirajlayan, Şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik", - o vurğulayıb.


Oxunma sayı: 2993

Oxşar yazılar