Zəngilan Beynəlxalq Hava Limanının açılış vaxtı məlum oldu

  • 14:51 - 29 Sentyabr

Oktyabrın ortalarında Zəngilanda Beynəlxalq Hava Limanının açılışı gözlənilir.

Avropa.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib.

"Oktyabrın ortalarında Zəngilan hava limanına ilk uçuşların başlanması gözlənilir", - A.İmanov bildirib.

O əlavə edib ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.


Oxunma sayı: 3180

Oxşar yazılar