Paşinyan Rusiyadan narazılıq etdi: Müttəfiqlərimiz bizə silah vermir!

  • 19:49 - 29 Sentyabr

Baş nazir Nikol Paşinyan hökumətin parlamentlə birgə keçirdiyi bugünkü iclasında Ermənistan-Azərbaycan sərhəddində yaranmış vəziyyətdən və dünənki insidentdən bəhs edib.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, baş nazir ölkəsinin silah-sursat alması məsələsində ciddi maneələrlə üzləşdiyini bildirib.

Paşinyan əsas narazılığını müttəfiq dövlətlərə yönəldib. Onun sözlərinə görə, bəzən elə hallar olub ki, Ermənistan silah almaq üçün yüz milyonlarla dollar ödəyib, lakin müttəfiq ölkələr tədarük öhdəliklərini yerinə yetirməyib.

“Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik", - Paşinyan vurğulayıb.

O qeyd edib ki, bu məsələdə Azərbaycanın Ermənistanın müttəfiqlərilə qurduğu münasibətlər xüsus rol oynayıb.
 

“Bu mənada onların uğurları var: imkan daxilində Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar”.

Paşinyan müttəfiq dövlətlərdən narazılıq edərkən ad çəkməsə də, Ermənistan KİV-ləri ehtimal olaraq baş nazirin Rusiyanı nəzərdə tutduğunu vurğulayıb.


Oxunma sayı: 3862

Oxşar yazılar