Ərdoğan Putinlə telefon danışığı aparacaq

  • 15:32 - 29 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Kiyevin nəzarətində olmayan ərazilərində “referendum”un keçirilməsini yanlış hesab edir. 

Avropa.info xəbər verir ki, yerli CNN Türk-Kanal D telekanallarının birgə canlı yayımında "Rusiya ilə Ukrayna arasında sülhə ümid varmı?" sualına Ərdoğan Rusiyanın nəzarətində olan ərazilərdə təşkil edilən “referendumların” vəziyyəti çətinləşdirdiyini bildirib. 

Türkiyə lideri qeyd edib ki, hələ də sülhə ümid edir, lakin qısa müddətdə bunu mümkünsüz hesab edir. 

Onun sözlərinə görə, Ukraynanın dörd şəhərində “referendum” keçirilib və bu, vəziyyəti çətinləşdirib. 

“Mən istərdim ki, bu referendum baş tutmasın və biz bütün bunları diplomatiya yolu ilə həll edək, ya da onlar qərar verə bilər. Amma təəssüf ki, bu baş vermədi”, - deyə Ərdoğan bildirib. 

Ərdoğan analoji hadisənin 2014-cü ildə Krımda baş verdiyini və bütün cəhdlərinə baxmayaraq, bir nəticə əldə edə bilmədiyini xatırladıb. 

Ərdoğan qeyd edib ki, vəziyyəti ətraflı müzakirə etmək üçün cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir. 

“(Ukrayna prezidenti Vladimir) Zelenski bu dörd sahə ilə bağlı bizdən kömək istəyir. Yəni o istəyir ki, biz bu məsələni cənab Putnoyla müzakirə edək və onu razı salaq”, - o, çərşənbə günü, sentyabrın 28-də Ukrayna lideri ilə telefon danışığını xatırladaraq deyib. 

Taxıl müqaviləsi ilə bağlı Ərdoğan bildirib ki, hazırda Ukrayna limanlarından 5 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib. 

Türkiyə lideri Rusiya-Ukrayna müharibəsində nüvə silahından istifadə təhlükəsinin olub-olmaması ilə bağlı suala da münasibət bildirib. 

“Nüvə müharibəsinin qiyməti faciəlidir. Bu danışılası bir şey deyil, bu barədə düşünməyə belə ehtiyac yoxdur. Hesab edirəm ki, ən düzgün yol bu məsələnin diplomatik həllidir”, - Ərdoğan vurğulayıb. 

Onun sözlərinə görə, Rusiyanın tərkibinə daxil olmaq üçün “referendumların” keçirilməsi və Rusiya Federasiyasının Ukraynanın bir sıra işğal olunmuş ərazilərində qismən səfərbərlik barədə qərarı da narahatlıq doğurur. 

“Bu cür hərəkətlər diplomatik prosesin yenidən başlaması səylərini çətinləşdirir və qeyri-sabitliyin dərinləşməsinə gətirib çıxarır. 

Ərdoğan Ukrayna torpaqlarının ilhaqından danışa biləcək “referendumların” nəticələrindən narahat olduğunu bildirib. 

Türkiyə lideri ümidvar olduğunu bildirib ki, indiki mərhələdə vəziyyəti dayandırıb diplomatiyaya keçmək mümkün olacaq. 


Oxunma sayı: 2696

Oxşar yazılar