Azərbaycanda DƏHŞƏTlİ QƏZA: Avtomobil kanala aşdı, iki nəfər boğularaq öldü - FOTO

  • 12:57 - 29 Sentyabr

Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.

Avropa.info "report"a istinadən xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.

Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 


Oxunma sayı: 2751

Oxşar yazılar