Köçəryan yenə revanşist çıxış etdi - O, müharibə istəyir

  • 13:23 - 28 Sentyabr

Ermənistanın ikinci prezidenti Robert Köçəryan birinci prezident Levon Ter-Petrosyanın indiki hakimiyyət ətrafında birləşməyə çağırış etməsini ironiya ilə qarşılayıb.

Avropa.info-nun modern.az-a istinadən məlumatına görə, Köçəryan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Ter-Petrosyana belə cavab verib:

"Birləşmə bir qayda olaraq, yüksək məqsədlərə çatmaq naminə baş verir. Qələbəyə nail olmaq üçün birləşirlər, təslim olmaq üçün yox. Təslim olmaq üçün, əksinə, parçalanma tələb olunur”.

Köçəryanın sözlərinə görə, indiki hakimiyyət ətrafında birləşməyə çağırış anlaşılmazdır. Eks-prezident deyib ki, ümidsiz vəziyyətlər yoxdur, döyüşə hazır olanların üzünə qapı açılır. O, əlavə edib ki, Ter-Petrosyanın qiymətləndirmələri ilə qətiyyən razı deyil və çətin şəraitdə təslim olmağın vacibliyinə inanmır.

"Mən bu mövqeyi qəti şəkildə qəbul etmirəm", - o bildirib.

İkinci prezident ölkədə hakimiyyətin dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Köçəryan onu da deyib ki, Qarabağın gələcəyinin açarı orada yaşayan ermənilərin əlindədir.

Bundan əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində bir vaxtlar Qarabağ probleminin həllinin açarının Rusiyanın əlində olduğunu, indi isə Moskvanın özünün çətin vəziyyətə düşdüyünü və açarı itirdiyini bildirmişdi.

"1992-ci ildə də vəziyyət belə idi, o zaman bizim düşdüyümüz durum indikindən yaxşı deyildi", - Köçəryan vurğulayıb.

Eks-prezidentin sözlərinə görə, belə görünür ki, Qarabağ ermənilərinin elitası Azərbaycan tərəfi ilə əməkdaşlıq edəcək və tədricən inteqrasiyaya razı olacaq. O, bundan ciddi narahat olduğunu qeyd edib.

Eyni zamanda, Köçəryan Ermənistan cəmiyyətinin roluna önəm verib:

"Əgər xalq döyüşməyə hazırdırsa, o zaman imkan olduğu halda, heç olmasa, bütün bunları dayandırmaq lazımdır. 1992-ci ildə də eyni söhbətlər olub".

Eks-prezident bildirib ki, Qarabağ nizamlanması üzrə danışıqların formatı gələcəkdə Ermənistan üçün əhəmiyyətli dərəcədə dəyişə bilər.

Köçəryan qeyd edib ki, formatın dəyişdirilməsini ölkədəki mövcud vəziyyət müəyyən edəcək.

“Hazırda Ermənistan Qarabağın statusu uğrunda mübarizə aparmır. Və əgər İrəvanın siyasi kursu olduğu kimi qalarsa, o zaman “Dağlıq Qarabağ” üzrə danışıqların formatı yaxın gələcəkdə transformasiya olunacaq.

Eks-prezidentin nöqteyi-nəzərindən hər şey olduğu kimi qalsa, o zaman Bakı, Xankəndi və müəyyən qədər Moskva da danışıqlar prosesinə cəlb olunacaq.

Bundan əvvəl Ermənistan Respublikasının eks-prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində Ermənistanı çətin və ağrılı qərarların gözlədiyini bildirib. O, Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalanmasının zəruriliyini vurğulayıb. Keçmiş dövlət başçısı hesab edir ki, Ermənistan Respublikasının və Dağlıq Qarabağın keçmiş başçıları problemin həlli naminə ən az ağrılı variant seçmək üçün indiki baş nazirlə dialoqa başlamalıdırlar.


Oxunma sayı: 2245

Oxşar yazılar