Azərbaycanda bu generalın rütbəsi əlindən alına bilər

  • 12:33 - 28 Sentyabr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinovun general rütbəsinin alınması tələb olunur.

Avropa.info APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxışında Nizami Şirinovun general rütbəsinin alınması üçün Prezidentə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilməsini istəyib.

Qeyd edək ki, dövlət ittihamçısı Nizami Şirinova 12 il həbs cəzası istəyib.


Oxunma sayı: 3697

Oxşar yazılar