MİT-dən daha bir uğurlu anti-terror ƏMƏLİYYATI: Türkiyədə meşə yanğınları törədən PKK terrorçusu MƏHV EDİLDİ – FOTO

  • 21:39 - 28 Sentyabr

Türkiyə xüsusi xidmət orqanları terrorçuların ölkə hüdudlarından kənarda zərərsizləşdirilməsi üçün növbəti uğurlu əməliyyat keçirib. 

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələr İnterpol xətti ilə beynəlxalq axtarışa verilən PKK terrorçusu Sabah Oğurun Suriyada zərərsizləşdirildiyini bildirib. Əməliyyat Hələb şəhərində həyata keçirilib. 

"Şilan Emgihan" ləqəbli Sabah Oğur Türkiyə şəhərlərində meşə yanğınları təşkil etdiyi və terror aktları planlaşdırdığı üçün axtarışa verilib. 

Xüsusi təyinatlılar Oğurun izinə düşərək Hələbin Şeyx Maksut məhəlləsinə İraqdan bir terrorçunun gəlməsi ilə bağlı məlumat əsasında əməliyyat təşkil ediblər. 

2010-cu ildə Sabah Oğurun PKK terrorçuları sıralarında da fəaliyyət göstərən bacısı Zəhra zərərsizləşdirilib.

Спецслужбы Турции нейтрализовали в Алеппо особо опасную террористку РКК

Oxunma sayı: 4104

Oxşar yazılar