
Hikmət Hacıyev Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı müzakirələr aparıb - FOTO
- 10:00 - 28 Sentyabr
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Azərbaycanla tərəfdaşlıqla bağlı müzakirələr aparıb.
Bu barədə Avropa.info-yaAzərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib.
Azərbaycan Prezidentinin köməkçisi “Heritage Fondu”nda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.
