Diaqnostik qiymətləndirmədən keçə bilməyən direktor Prezidentin “Əməkdar müəllim” adı verdiyi 45 ilin müəllimini işdən çıxardı

  • 18:41 - 27 Sentyabr

"Diaqnostik qiymətləndirmədən və 5 ildirki məktəb direktorlarının imtahanından keçə bilməyən, bağça müdirliyindən Zərdab rayonu H.Zərdabi adına şəhər 1 saylı məktəb-liseyin direktoru təyin edilən Vüsalə Kərimova ömrünü təhsilə verən Ömər Tarverdiyevlə müqavilə bağlamır."

Bunu Avropa.info-ya açıqlamasında Azərbaycan Respublikası “Əməkdar müəllim”i Tarverdiyev Ömər Səbbət oğlu deyib. Zərdab rayonu H.Zərdabi adına şəhər 1 saylı məktəb-liseyin müəllimi Ömər Tarıverdiyev qanunsuz şəkildə 45 illik müəllim fəaliyyətinə son verildiyini bildirir.  

"H.Zərdabi adına məktəb-liseyin 100 illik tarixi vardır. Bu məktəbə respublikada tanınan “Əməkdar müəllim”lər Hacı Hüseynov, Püstə Rəhimova, Mirseyib Əhmədov kimi müəllimlər rəhbərlik etmişdir. Daha sonra həmin məktəbə Ataş Rəhimov, İsrəfil Həmidov, Elbrus İsgəndərov, Əlihəsən Kərimov kimi, nəinki Zərdab rayonunda, həmçinin respublikada tanınan adlı-sanlı rayon ictimaiyyəti içərisində hörməti olan müəllimlər rəhbərlik etmişdir. 

Təəssüf doğuran hal odur ki, bağça müdirliyindən bu cür nüfuzlu məktəbə Vüsalə Kərimova direktor gətirilmişdir. Mən “Metodist müəllim”, “Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi” adlarını almış, yüzlərlə Fəxri Fərmanla təltif edilmiş, diaqnostik qiymətləndirmədən yüksək bal toplamış, şagirdlərinin 1-i Respublika fənn olimpiadalarında 2-ci yer tutmuş və gümüş medal almış, digərləri 3 və 4-cü yer tutmuş müəlliməm. Azərbaycan müəllimlərinin qurultayının iştirakçısı, Avropa Şurasının Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi konfrans seminarın iştirakçısı, ömrünün 45 ilini təhsilə verən müəllimə qarşı ayrıseçkilik edir. Bu isə AR Konstitusiyasının və əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. Belə ki, Mərkəzi Aran Regional Təhsil idarəsidə təsdiq etdi ki, həqiqətəndə mənə ehtiyac olmadığını Vüsalə Kərimova deyib. Buna əsaslı sübutlarımız var", - deyə Ömər Tarverdiyev açıqlamasında qeyd edib.  


Oxunma sayı: 11573

Oxşar yazılar