Zərdab rayonunda Anım Günü qeyd edilir

  • 17:00 - 27 Sentyabr

Zərdab rayonunda 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Anım Günündə Zərdab rayon İcra hakimiyyətinin başçısı Mərdan Camalov, Milli Məclisin deputatı Jalə Əliyeva, hüquq- mühafizə orqanlarının rəhbərləri, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Zərdab rayon şöbəsinin rəisi, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

27 sentyabr şanlı tariximizin Vətən Müharibəsi adlı qürur və fəxarət dolu səhifəsinin yazılmağa başlandığı gündür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, təsis edilən bu günü Anım Günü kimi qeyd edir, torpaqlarımızın azadlığı uğurda həlak olmuş, şəhidlik zirvəsinə ucalmış övladlarımızın xatirəsinə dərin ehtiramımızı bildirir, canlarından keçmiş igidlərimizin fədakarlıqlarını xatırlayır, onların müqəddəs ruhları qarşısında baş əyirik.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şirvani Hümmətoğlu

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 5259

Oxşar yazılar