Türkiyə səfirliyindən Anım Günü PAYLAŞIMI

  • 11:55 - 27 Sentyabr

Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Avropa.info səfirliyin tviter səhifəsindəki paylaşımın mətnini təqdim edir:

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın xatirəsini anır, Anım günü münasibəti ilə Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik. Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, bu gün Vətən Müharibəsi şəhidlərinin Anım Günüdür.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.


Oxunma sayı: 3147

Oxşar yazılar