"Türk Hava Yolları" uçuşlara qadağanl uzatdı - SİYAHI

  • 17:26 - 27 Sentyabr

Türk Hava Yolları (THY) Rusiyanın bir sıra şəhərləri, Ukrayna və Belarusa uçuşların dayandırılmasını 31 dekabr 2022-ci ilə qədər uzadıb.

Avropa.info bildirir ki, bu barədə Türkiyənin aviaşirkətinin "Twitter" səhifəsində deyilir.

THY məhdudiyyətlərin Yekaterinburq, Krasnodar, Rostov, Soçi və Minskə şamil edildiyini bildirib. Bundan başqa, aviaşirkət Ukraynaya uçuşlar həyata keçirməyəcək.

"Biletlərin dəyişdirilməsi və pulun geri qaytarılması ilə bağlı sorğular üçün turizm agentliyinizlə əlaqə saxlaya, vebsaytımıza daxil ola və ya +90 850 333 0 849 nömrəli zəng mərkəzimizlə əlaqə saxlaya bilərsiniz", - deyə açıqlamada bildirilir.


Oxunma sayı: 2454

Oxşar yazılar