Pelosi musiqi festivalında çıxış edərkən fitə basıldı - VİDEO

  • 12:23 - 26 Sentyabr

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Nyu-Yorkda keçirilən Qlobal Vətəndaş Musiqi Festivalında çıxışı zamanı fitə basılıb.

Avropa.info "oxu.az"a istinadən xəbər verir ki, Pelosi iqlim dəyişikliyi və karbon tullantılarının azaldılması ilə bağlı çıxışına başlayanda tamaşaçılar hay-küy salmağa və siyasətçidən nitqi tez bitirərək konsertə başlamağı tələb ediblər.

Pelosi nəvələrinin də tədbirdə olduğunu deyərək çıxışını bitirib və səhnəni tərk edib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.


Oxunma sayı: 4258

Oxşar yazılar