Ukrayna psevdoreferendumla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdi

  • 19:30 - 25 Sentyabr

Ukrayna hazırda Rusiya ordusu və rusiyapərəst separatçıların nəzarətində olan Ukrayna ərazilərində keçirilən Rusiyaya birləşməyə dair “referendum”la əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini xahiş edib. 

Avropa.info bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko rəsmi Tvitter hesabında məlumat verib. 

O yazıb ki, Rusiya BMT nizamnaməsini pozaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişdirməyə cəhd etdiyinə görə cavab verməlidir. 

Ukraynanın Rusiya ordusu və rusiyayönlü separatçıların nəzarətində olan ərazilərində sentyabrın 23-ü cümə günü Rusiya Federasiyasına subyekt kimi qoşulmaq üçün “referendum”a start verilib. 

Səsvermə sentyabrın 27-si daxil olmaqla davam edəcək. 

Rusiya mətbuatının yazdığına görə, bu bölgələrdə ilk dörd gündə “təhlükəsizlik maraqları naminə” səsvermə seçki məntəqələrində deyil, ona bitişik ərazilərdə və sakinlərə məqsədyönlü səfərlə aparılacaq. 

Dünya ictimaiyyəti Moskvanın və rusiyayönlü separatçıların hərəkətlərini kəskin şəkildə pisləyib. 

G7 xarici işlər nazirlərinin birgə bəyanatında bütün dünya dövlətləri Ukraynada keçirilmiş qondarma referendumların nəticələrini “Rusiya buna nail ola bilsə belə” tanımamağa çağırır. 

NATO, ATƏT və digər təşkilatlarda “referendum” qeyri-legitim adlandırılıb. 

Türkiyə Xarici İşlər Nazirliyi Xarici İşlər Nazirliyi Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində "referendum" keçirmək cəhdlərini pisləyən bəyanat yayıb. 

“Bu cür qanunsuz hərəkətlər beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesi canlandırmaq cəhdləri daha da çətinləşəcək”, - bəyanatda deyilir.


Oxunma sayı: 4148

Oxşar yazılar